Ramil Usubov əmr verdi: Polis gücləndirilmiş iş rejiminə keçdi

Yol polisi 15 Mart 2017 14:03 Oxunub 2274
Ramil Usubov əmr verdi: Polis gücləndirilmiş iş rejiminə keçdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Küçələrdə post patrul xidməti naryadlarının sayı artırılacaq

Respublikanın daxili işlər orqanlarının əməkdaşları Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.Əmrə əsasən, respublikada keçiriləcək Novruz bayramı şənlikləri zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrasının təmin edilməsi məqsədilə martın 19-dan 27-dək DİN-in bilavasitə tabe qurumlarının, ərazi polis orqanlarının və nizami polis hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaq.

Əmrdə həmçinin bildirilir ki, bayram ərəfəsi və bayram günlərində ictimai yerlərdə və küçələrdə post patrul xidməti naryadlarının sayı artırılacaq, mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi ciddi nəzarətdə saxlanılacaq.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh