Cocuq Mərcanlıya gedən yol yenidən qurulur – FOTO+VİDEO

Yeniliklər 15 Mart 2017 16:05 Oxunub 1175
Cocuq Mərcanlıya gedən yol yenidən qurulur – FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun 4 km-i əsaslı şəkildə yenidən qurulur, 5 km-də isə bərpa işləri aparılır

"Azəravtoyol" ASC işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun yenidən qurulmasına başlayıb. Qurumdan Avtosfer.az-a verilən məlumata görə, yolun layihə üzrə eni 12 metr, uzunluğu isə 9 km-dir. Bunun 4 km-i əsaslı şəkildə yenidən qurulur, 5 km-də isə bərpa işləri aparılır. Layihəyə uyğun olaraq yol boyu aparılan torpaq işləri, yol yatağının tikintisi tam olaraq yekunlaşdırılıb. Hazırda yol əsasının inşası işləri həyata keçirilir, asfalt-beton örtüyünün döşənməsi üçün hazırlıq işləri görülür. Artıq yolun 3 km-lik hissəsi asfatlanmaq üçün hazır vəziyyətə gətirilib. 5 km-lik hissədə aparılan bərpa işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız quruntu qazılaraq çıxarılıb, əvəzində torpaq-çınqıl qarışığından ibarət material tökülərək kipləşdirmə işləri aparılıb.

Kənan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh