Sürücülərin diqqətinə: İcazə verilməyəcək - VİDEO

Avtoxəbər 15 Mart 2017 23:26 Oxunub 4813
Sürücülərin diqqətinə: İcazə verilməyəcək - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda bəzi küçələrə girişə məhdudiyyətlər qoyulacaq

Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının təhlükəsiz və səmərəli şəraitdə keçirilməsini təmin etmək məqsədilə yarış məkanlarının ətrafında nəqliyyatın hərəkətinə və parklanmaya məhdudiyyətlər tətbiq ediləcək. Baş dövlət yol polisi idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, oyunlar zamanı yarış məkanlarının ətrafında nəqliyyatın hərəkətinə nəzarət zonası yaradılacaq. Bu zonalara ancaq xüsusi buraxılışı olan nəqliyyat vasitələri daxil ola biləcək. Yarış məkanlarından Bayıl Arena, Ağır Atletika Akademiyası, AZAL Arena, Tennis Akademiyasının ərazisində yaşayan avtomobili olan sakinlər mart ayının 31 -nə qədər aidiyyatı üzrə mənzil komunal istismar sahələrindən qeydiyyatdan keçməlidirlər.

Həmin ərazidə yaşayanlar isə indidən qeydiyyatdan keçib xüsusiburaxılış vərəqələri almalıdır. Əks halda oyunlar keçiriləcək stadion ətrafında yerləşən ərazilərə avtomobillə buraxılmayacaqlar.Oyunlar zamanı sakinlərin şəxsi avtomobillərindən çox ictimai nəqliyyatdan istifadə etməsi məsləhət görülür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh