Bu küçədə maşını necə gəldi saxlayırlar - VİDEO

Qaydalar 15 Mart 2017 23:42 Oxunub 1689
Bu küçədə maşını necə gəldi saxlayırlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolda dayanma və durmanı qadağan edən heç bir nişan yoxdur

Bu küçədə sürücülər dayanma-durma qaydasını kütləvi şəkildə pozaraq avtomobillərin hərəkətinə mane olur. Küçə boyunca uzanan qanunsuz avtomobil dayanacağı günün bütün vaxtlarında yolda tıxaca səbəb olur. Yolun hərəkət zolağının biri tamamilə bağlandığından sürücülər istər istəməz ya qarşı zolağa keçməlidir, ya da xəttin üstü ilə sürməlidir. Belə olanda da onları 3 bal və 60 manat da pul cəriməsi gözləyir. Yolda durma və dayanmanı qadağan edən heç bir nişan yoxdur. Elə küçədə maşın saxlayanlar da qayda pozmalarını bununla əlaqələndiririlər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bu yolda hərəkət edən sürücülər də heç bir günah olmadığını deyir. Onun sözlərinə görə, burada qanunu pozanlar maşını yolda saxlayanlardır. Xətti tapdalayıb qarşı zolağa keçənləri isə polis cərimələməlidir. Lakin burda da ziddiyyətli məsələlər var.

Ekspert hesab edir ki, problemi həll etməyin yolu həmin küçədə qayda pozaraq avtomobil saxlayanlar mütəmadi olaraq cərimələnməsidir. Belə olan halda sürücü öz rahatlığı üçün başqasının işini çətinləşdirməz.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh