Azərbaycanda ŞOK olay – Maşın dayandığı yerdə radara düşdü - FOTOLAR

Xəbərlər 16 Mart 2017 03:03 Oxunub 1245
Azərbaycanda ŞOK olay – Maşın dayandığı yerdə radara düşdü - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun kənarında dayandığı halda sürət həddini aşması barədə MMX göndərilib

Göyçay rayon sakini Elvin Kərimov qayda pozmadığı halda onun adına tərtib olunmuş protokoldan Avtosfer.az-a öz şikayətini bildirib. O idarə etdiyi 90-NE-395 qeydiyyat nişanlı "VAZ-21015" markalı avtomobillə martın 14-də Bakı-Şamaxı-Yevlax yolunda hərəkət hissəsindən kənarda (yol çiynində) dayandığı halda ona sürət həddini aşması barədə MMX protokol tərtib olunub. Protokoldan da aydın görünür ki, yolda hərəkət sürətini “VAZ-2107” marakalı avtomobilin sürücüsü aşa bilər. Amma YPX avtomobilində quraşdırılan E-Patrul sisteminin səhvi nəticəsində Elvin Kərimova protokol tərtib olunub.

O protokolun ləğv olunması üçün BDYPİ-yə müraciət edib. Lakin sürücüyə orada ptotokolu ləğv etməkdən imtina ediblər.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh