"QAZel"dən külli miqdarda qaçaqmal çıxdı - FOTO

Avtosfer Foto 16 Mart 2017 11:31 Oxunub 2937
"QAZel"dən külli miqdarda qaçaqmal çıxdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir

Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təmin edilməsi, eləcə də dövlət sərhədindən mütəşəkkil cinayətkar qrupların qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınması istiqamətində Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan-Azərbaycan sərhədində külli miqdarda qaçaqmal saxlanılıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, martın 13-də saat 23:35 radələrində Balakən rayonunun Şərif kənd ərazisindəki zastavanın xidməti sahəsində Gürcüstan istiqamətindən dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçirilmiş qaçaqmalı "QAZel" markalı, AZ 08-BD-748 dövlət nömrə nişanlı avtomobilə yükləyərək sərhəd naryadının qanuni tələblərinə məhəl qoymadan hadisə yerindən qaçmağa cəhd göstərən Balakən rayon sakinləri - 1973-cü il təvəllüdlü Qurbanov İlham Zeynəddin oğlu və 1981-ci il təvəllüdlü Laicov İrşad Eyvaz oğlu təqib edilərək saxlanılıblar. Avtomobilə keçirilmiş baxış zamanı yük yerindən 20 qutuda 3187 ədəd müxtəlif çeşidli pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin digər iştirakçıları Balakən rayon sakini, 1983-cü il təvəllüdlü Maqomedov Kamil Cavadxan oğlu və Gürcüstan vətəndaşı, Laqodexi rayonu Qabal kənd sakini, 1975-ci il təvəllüdlü Almazov Aqil Qurban oğlu saxlanılıblar. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh