Saatlıda 19 kəndi birləşdirən yolun tikintisi yekunlaşır – FOTO+VİDEO

Avtosfer Foto 16 Mart 2017 12:32 Oxunub 1964
Saatlıda 19 kəndi birləşdirən yolun tikintisi yekunlaşır – FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil yolunun uzunluğu 39 km, yol yatağının eni 10 metr təşkil edir

Saatlı rayonunun Saatlı-Sarıcalar-Qara Nuruirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Hazırda sözügedən ərazidə asfalt-beton örtüyünün son qatının salınması işləri aparılır. Bu barədə “Azəravtoyol” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun uzunluğu 39 km-dir. Layihəyə uyğun olaraq yol yatağının eni 10 metr təşkil edir. Bura 6 metr yolun hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metr olmaqla çiyinlər daxildir. Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilib. Yol geyiminin əsasının tikintisi işləri qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından tikilib. Buna paralel olaraq yola ikiqat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyü döşənir. Ümumilikdə 175 min kv.m ərazinin asfaltlanması işləri aparılır. Bu işlər də hazırda yekunlaşmaq üzrədir. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə 36 ədəd suötürücü boruları tikilib. Bundan başqa avtomobil yolunun 7, 31 və 39-cu km-lik hissələrində su kollektoru üzərində yerləşən su keçidlərinin təmiri işləri də aparılıb. Müvafiq olaraq həmin körpülərin uzunluqları 12, 14 və 16 metr təşkil edir. Tikinti işləri çərçivəsində hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə 157 ədəd yol nişanı və məlumatverici lövhə, 786 ədədyol təhlükəsizlik dirəkləri quraşdırılacaq, 98,2 km uzunluğunda yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq. Qeyd edək ki, Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi 51 mindən çox əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını yaxşılaşdıracaq. 

 

Kənan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh