Yaralı tələbənin bacısı fəryad etdi: Məqsədiniz sağ qalanları da öldürməkdir?

Xəbərlər 16 Mart 2017 12:43 Oxunub 4865
Yaralı tələbənin bacısı fəryad etdi: Məqsədiniz sağ qalanları da öldürməkdir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzadə xəsarət alanların yaxınları şikayət edir

Bir neçə gün əvvəl Bakı-Sumqayıt yolundakı qəzada xəsarət alan Aytən adlı tələbənin bacısı Sumqayıt xəstəxanasında diqqətsizlikdən şikayətlənib. Aytәnin bacısı Ayşən Altay öz Facebook hesabında xəstəxanada aparılan müalicədən yazıb. Qəzada xəsarət alan tələbələrə diqqət olmadığını və yalnız qəza baş verən gün media qarşısında danışan məmurların yoxa çıxdığını bildirib. “Sözüm ondadır ki, xəstəxananın elə bir şəraiti var ki, orada sağlam adam xəstəlik tapar. O boyda yerdə cəmi iki tibb bacısı var. Əvvəl tapşırıq var idi deyə maraqlanırdılar. İndi tələbələrlə maraqlanan yoxdur. Srağagün bacımın halı pisləşəndə günorta saat 3 deyildi heç, amma həkim tapılmırdı uşağı yoxlamağa, yardım etməyə. Axırda gördülər anam hay-küy salıb, əməliyyatdan həkimin birini yarımçıq çıxarıb gətirdilər. O gəlib yardım etdi. 2-3 gün idi oradakı həkimə dedik aparaq Bakıya. Dedi ki, dilinizdən kağız verəsiniz gərək, sonra aparasınız. Çarəsiz tərpətmək olmaz deyə qalmağına razılaşdıq. Bu gün də yenə pis olub vəziyyəti. Yenə həkimi yox idi. Başqa həkim gəlib baxıb yenə. Zəng vurduq İcra Hakimiyyətinə. Dedilər ki, maraqlanacaqlar. Saatlar keçib, amma nə səs var, nə soraq. Bu qədər də olmaz də. Bir abrınız-həyanız olsun. Məqsədiniz sağ qalanları da öldürməkdir?”.

Şikayətçi yazır ki, etiraz edəndə deyirlər ki, “pulun varsa, apar özəldə müalicə elətdir, bizim gücümüz buna çatır.”

Jurnalistərdən yardım istəyən tələbənin bacısı məsələni ictimailəşdirməyi xahiş edib: “Anlayıram, jurnalistin işi problemi həll etmək deyil, amma göstərməkdir. Media bu məsələni gündəmdə saxlasa, bu məsələni araşdırsa, digər qurumlar da məcburən də olsa, öz xoşuna da olsa, problemlə maraqlanacaqlar".

Şikayətçi deyir ki, xəsarət alanlara normal şəraiti, hər növ yardım imkanları olan bir klinikada müalicə lazımdır. “Düzgün yardım etsinlər xəstələrə. Səhiyyəmizin necə bərbad olduğunu görmək çox çarəsizdir. Gərək bizim ölkədə xəstəxanaya gedəndə dərmanı da, həkimi də özünlə aparasan, başqa yolu yoxdur. Səlahiyyəti olan hər kəs bu məsələ ilə maraqlanmalıdır. Bu, onların öhdəliyidir və lazımi səviyyədə də yerinə yetirməlidirlər".

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh