Turist avtobusu aşdı: 3 ölü, 20 yaralı

Qəzalar 16 Mart 2017 13:03 Oxunub 934
Turist avtobusu aşdı: 3 ölü, 20 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişinlərin hamısının Rusiya vətəndaşı olduğunu dəqiqləşdirib

Leninqrad vilayətinin Vıborq rayonunda Peterburqdan Finlandiya istiqamətində hərəkət edən turist avtobusu aşıb. İlkin məlumata görə, üç nəfər ölüb, 20 nəfər isə yaralanıb. Qəzaya mümkün səbəb kimi sürüşkən yol göstərilib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, qəza “Skandinaviya” avtomobil yolunun 16-cı km-də saat 08:55 (Bakı vaxtı ilə 09:55) baş verib, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.  “Avtobusda 31 sərnişin olub. Qəza nəticəsində üç nəfər ölüb, 11 nəfər xəsarət alıb”, - agentliyin həmsöhbəti bildirib. Regional DYHTİ-nin (Dövlət Yol Hərəkəti Təhlükəsizliyi İnspektorluğu) mətbuat xidmətinin məlumatında avtobusda 32 nəfərin olduğu bildirilib.

 

“İlkin məlumata görə, qəza nəticəsində üç nəfər ölüb, 20 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb”, - DYKTİ-dən bildirilib. “İnterfaks”ın xüsusi xidmətlərdə olan mənbəyi avtobusda olan sərnişinlərin hamısının Rusiya vətəndaşı olduğunu dəqiqləşdirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh