Yol polisindən Lənkərandakı svetoforla bağlı açıqlama – FOTO

Yol polisi 16 Mart 2017 14:45 Oxunub 2404
Yol polisindən Lənkərandakı svetoforla bağlı açıqlama – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin svetofor 500 sakinin müraciəti əsasında qəzaların qarşısının alınması məqsədilə qoyulub

Lənkəran şəhərinin Girdəni kəndində qoyulan svetoforla bağlı hərbi ekspert Üzeyir Cəfərovun Avtosfer.az-a verdiyi məlumata bağlı DİN Baş Dövlət Yol Polisi İdarəsi cavab verib. İdarənin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib ki, həmin svetofor ötən ilin iyulunda quraşdırılıb. Bununla bağlı həmin kənddə yaşayan 500 sakinin imzası ilə yuxarı instansiyalara müraciətlər göndərilib. Həmin müraciətlər Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırılıb və orada svetoforun qoyulması barədə qərar qəbul edilib: "Svetoforun qoyulması adi hal deyil. Həmin ərazidə məktəblilərin avtomobillərlə vurulması ilə nəticələnən qəzalar baş verdiyi üçün sakinlər bu hadisələrin qarşısının alınması məqsədilə məsələ qaldırmışdı. Buna görə də, orada svetofor qoyulub. O ki qaldı körpünün üstündə yük maşınının dayanmasına, məgər, piyada keçidində piyadaya yol verən sürücü körpüdə dayana bilməz? İkincisi də, körpü ilə svetofor arasında xeyli məsafə var. Svetoforun ora qoyulması hadisələrin qarşısını almaq məqsədi daşıyır. Bəzi sürücülər nişanlara, piyada keçidinə əhəmiyyət verməsə də, svetoforu görəndə dayanır".

Üzeyir Cəfərov isə iddia edir ki, DYP sistemində işləyən bir zabit həmin kənddəndir. O, özünü kəndçilərinin gözündə böyütmək üçün ora svetofor qoydurub: “Hamı oradan keçəndə şoka düşür ki, bu svetofor burada nəyə lazımdır? Özü də, demək olar ki, heç kim o svetofora əhəmiyyət vermir”.

 

Fuad

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh