Azərbaycan avtomobil idxalını artırıb

Avtoxəbər 16 Mart 2017 19:09 Oxunub 1139
Azərbaycan avtomobil idxalını artırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ümumilikdə 1003 ədəd avtomobil idxal olunub

Bu ilin yanvar-fevral aylarında Azərbaycana ümumilikdə 1003 ədəd avtomobil idxal olunub. Avtosfer.az Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 182 ədəd və ya 22,17% artıb. Ölkəyə gətirilən avtomobillərin 5 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 852 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 139 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 7 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh