Qatar fotosessiya zamanı hamilə modelin üstündən keçdi

Qaydalar 16 Mart 2017 20:00 Oxunub 3506
Qatar fotosessiya zamanı hamilə modelin üstündən keçdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki aylıq hamilə olan Fredzaniya sevgilisi ilə ailə qurmaq niyyətində idi

ABŞ-da dəmir yolunda fotosessiya zamanı hamilə model yük qatarının altında qalaraq ölüb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, faciəli hadisə martın 10-da Texas ştatının Navasota şəhərində baş verib. 19 yaşlı model Fredzaniya Tompson relslərdə fotoqrafa poza verərkən yaxınlaşan qatarı buraxmaq üçün bir yoldan başqa yola keçib. Amma o, bu zaman əks tərəfdən yaxınlaşan qatarı görməyərək onun altında qalıb. Model aldığı travmalardan elə hadisə yerində keçinib. Amma fotoqraf hadisə nəticəsində zərər çəkməyib.

https://i.virtualaz.org/185162_src.jpg

Qızı vuran qatar 101 yük vaqonundan ibarət olub. Dəmir yolu şirkətinin nümayəndəsi danışır ki, maşinistlər qızı görüblər, fitlə xəbərdarlıq etməyə çalışıblar, amma qatar 80 kilometr/saat sürətlə getdiyindən onu saxlamaq mümkün olmayıb. Qohumların sözlərinə görə, Fredzaniya, yerli kolleclərdən birinin tələbəsi idi. O, model karyerasıyla məşğul olmaq üçün təhsilini dayandırmağı planlaşdırırdı. İki aylıq hamilə olan Fredzaniya yaxın vaxtlarda sevgilisi ilə ailə qurmaq niyyətində idi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh