"Protiv" gedən sürücüləri həbsdən sonra "ağıllandılar" - "Peşmanıq" - VİDEO

Avtoxəbər 16 Mart 2017 23:23 Oxunub 58603
"Protiv" gedən sürücüləri həbsdən sonra "ağıllandılar" - "Peşmanıq" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həbs olunanda "yaxşı eləmişəm" deyən "ZİL" sürücü indi peşman olduğunu deyir

Hava limanı yolunda yük maşınını əks istiqamətdə sürməsini sərxoş halda müxtəlif bəhanələrlə izah edən bu şəxsin həbsi və sürücülük hüququndan məhrum edilməsi deyəsən dərs olmayıb. Daha bir avtoxuliqan eyni hərəkətə görə saxlanılıb. O da eyni yolda ''VAZ-2107'' markalı minik maşınını əks istiqamətdə, özü də saatda 80-90 kilometr sürətlə idarə edib. Sürücünün ağlasığmaz hərəkətini avtomobillərdən birində olan sərnişin çəkib. Qəza işıqlarını da yandıran taksinin sürücüsü kobud qayda pozuntusu ilə qarşıdan gələn nəqliyyat vasitləri üçün təhlükə yaradıb.

Görüntülər bir neçə gün əvvəl sosial şəbəkələrdə yayıldıqdan sonra yol polisi 90-VX- 145' dövlət nömrə nişanlı avtomobilin sürücüsü 22 yaşlı Samir Məmmədəliyevi saxlayıb. Taksi xidməti ilə məşğul olan avtoxuliqan cərimə olunub, Suraxanı rayon Məhkəməsi 30 gün inzibati həbs edilib. Onun sürücülük hüququ da 1 il müddətinə məhdudlaşdırılıb. Bir neçə gün əvvəl də ''ZİL'' markalı yükmaşınını əks yolda sürərək kobud qayda pozuntusuna yol vermişdi. Hadisədən dərhal sonra sürücü Elçin Babayev polis tərəfindən saxlanılmışdı. Sərxoş sürücü hətta əməlinə haqq qazandırmışdı. Xəzər rayon məhkəməsinin qərarı ilə 15 gün həbs edildiyi üçün Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların saxlanma məntəqsində olan 46 yaşlı Elçin Babayev indi peşman olduğunu deyir. Saxlanılarkən özünü bələdiyyə sədrinin müavini kimi qələmə verməsini də sərxoş olması ilə əlaqələndirir.

Bu ilin 2 ay yarım müddətində 6 belə sürücü aşkar edilərək məsuliyyətə cəlb edilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh