Qaxda at arabası aşdı: ölən var - VİDEO

Qəzalar 17 Mart 2017 00:16 Oxunub 1333
Qaxda at arabası aşdı: ölən var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Evə dönərkən aşan arabanın altında qalaraq ölüb

Qaxda bədbəxt hadisə baş verib. Meşəyə çır-çırpı gətirmək üçün gedən Qorağan kənd sakini 57 yaşlı Şahin Əliyev işini bitirib evinə dönərkən aşan arabanın altında qalaraq ölüb. 

Onun evə qayıtmaması yaxınlarını narahat edib və həmin əraziyə yollandıqdan sonra hadisədən xəbərdar olublar. Yaxınları mərhumun meyitini arabanın altından çıxararaq evə gətiriblər. 

Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib. Faktla bağlı araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh