Sürücü sola dönmə işıq siqnalını nə vaxt söndürməlidir? - DOĞRU CAVAB

Yarışma 17 Mart 2017 08:22 Oxunub 7007
Sürücü sola dönmə işıq siqnalını nə vaxt söndürməlidir? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual manevr etmə zamanı işıq siqnallarının verilməsi qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Ötmə manevri edən sürücü sola dönmə işıq siqnalını nə vaxt söndürməlidir?

a)  Ötmə üçün istifadə etdiyi sol zolağa tam çıxdıqdan dərhal sonra;

b) Ötəcəyi avtomobili qabaqladıqdan dərhal sonra;

c) Ötmə manevrini tam başa çatdırdıqdan dərhal sonra.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin III hissəsinə əsasən,  Dönmə göstəriciləri manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir. Şəkildə verilən qaydada ötmə manevri əslində hərəkət zolaqlarında iki dəfə - əvvəl sola, daha sonra sağa yerdəyişməni ehtiva edir. Dönmə siqnalı da iki dəfə bu yerdəyişmələrə uyğun verilməlidir. Deməli, sualın doğru cavabı “A” variantı olacaq: Ötmə manevri edən sürücü sola dönmə işıq siqnalını Ötmə üçün istifadə etdiyi sol zolağa tam çıxdıqdan dərhal sonra söndürməlidir.

Suala ilk doğru cavabı Yaqub adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün (Smsradar.az) 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

Avtosfer.az

http://avtosfer.az/upload/news/ea369f.jpg

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh