Piyada keçidində pişiyi vuran sürücü 450 avro cərimələndi

Qaydalar 17 Mart 2017 02:45 Oxunub 1673
Piyada keçidində pişiyi vuran sürücü 450 avro cərimələndi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis pişiyə yardım göstərməyə cəhd etsə də, onu xilas etmək mümkün olmayıb

İtaliya polisi pişiyi vuraraq hadisə yerindən uzaqlaşmış sürücünü 450 avro məbləğində cərimələyib. Lent.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, insident Toskana rayonunda baş verib. Avtomobil piyada keçidi ilə yolu keçən pişiyi vurduqdan sonra, sürəti azaltsa da, xəsarət almış heyvana heç bir yardım  göstərmədən hadisə yerindən uzaqlaşıb. Polis patrulu pişiyə yardım göstərməyə cəhd etsə də, onu xilas etmək mümkün olmayıb. Videokameraların vasitəsi ilə müəyyən edilən sürücü məsuliyyətə cəlb olunaraq, 450 avro məbləğində cərimələnib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh