Sərnişin təyyarəsi təcili eniş edib - Pərin qopması səbəbilə

Qəzalar 17 Mart 2017 11:26 Oxunub 1041
Sərnişin təyyarəsi təcili eniş edib - Pərin qopması səbəbilə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində xəsarət alan olmayıb

Avstraliyanın "Regional Express" aviaşirkətinə məxsus təyyarə Sidney Beynəlxalq Hava Limanına təcili eniş edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, təyyarə havada olarkən onun iki propellerindən (pər) biri yerindən qoparaq düşüb. Göyərtəsində 16 nəfər olan "Saab 340" təyyarəsi Olberi şəhərindən (Yeni Cənubi Uels ştatı) Sidenyə regional uçuş həyata keçirib. Pilotlar işləyən bir pərlə yerə enməyi bacarıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəza ilə bağlı araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh