Qadın küçəyə pul səpələdi - VİDEO

Avtosfer TV 17 Mart 2017 11:36 Oxunub 2124
Qadın küçəyə pul səpələdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, əməlini kefsiz olması ilə əlaqələndirib

Çində kefi pozulan qadın pulunu havaya sovurub. Avtosfer.az-ın istipress-ə istinadən məlumatına görə, əhval-ruhiyyəsi pis olan qadın 2 min dollardan çox pulunu küçəyə atıb. Gənc qadın küçənin ortasında çantasından pulları çıxarıb və əskinasları ora-bura atmağa başlayıb. Maraqlıdır ki, küçədən keçənlər ancaq qadını izləməklə kifayətləniblər. Onlar əskinasları toplamayıblar. Pulları hadisə yerinə gələn polis yığıb. Ümumi dəyəri 2374 dollar olan pul sahibinə geri qaytarılıb. Qadın öz davranışını kefinin pis olması ilə izah edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh