Avtobuslar elektriklə işləyəcək

Texnologiya 17 Mart 2017 11:38 Oxunub 1739
Avtobuslar elektriklə işləyəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elektriklə işləyən avtobuslar yaxın zamanda istifadəyə veriləcək

Türkiyənin "Aselsan" və "Temsa" şirkətləri müştərək şəkildə ictimai nəqliyyat üçün elektriklə işləyən avtobus istehsal edib. Avtosfer.az istipress-ə  istinadən verdiyi xəbərə görə, elektriklə işləyən avtobuslar 8-10 dəqiqə elektrik ehtiyatı toplaya bilir. Layihə üzrə avtobusların iki nümunəsi hazırlanıb. Yaxın zamanlarda avtobusların istismara veriləcəkləri ehtimal edilir. "Avtobuslar xüsusi elektrik sistemlə təchiz olunub və karbon tullantıları sıfra bərabərdir. Nəqliyyat vasitəsi səssiz, komfortlu və ən son texnoloji sistemlərlə təchiz edilib. Avtobusda 35 oturacaq və ayaqüstü 52 nəfər üçün nəzərdə tutulub", - şirkətin nümayəndələri söyləyiblər. Avtobus elektrik enerjisi ilə 50-70 km məsafə qət edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh