Avtomobildən pirotexniki vasitələr, siqaret və telefonlar aşkar olundu - FOTO

Gündəm 17 Mart 2017 16:28 Oxunub 1100
Avtomobildən pirotexniki vasitələr, siqaret və telefonlar aşkar olundu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Qaz-3110" markali nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Avtosfer.az DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin altından 88 qutu pirotexniki vasitələr, avtomobilin salonundan qutularının üzərində"R-1" yazısı olan 2 min ədəd aksiz markasız siqaretlər , sürücünün üzərində aparılan yoxlama zamanı isə gömrük orqanına bəyan olunmayan 2 ədəd "Samsung Galaxy J3" markalı mobil telefonlar aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh