Deputat Gəncə-Naxçıvan aviareysinin açılmasını istədi

Gündəm 17 Mart 2017 16:42 Oxunub 1088
Deputat Gəncə-Naxçıvan aviareysinin açılmasını istədi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Təəssüf ki, Gəncə-Naxçıvan reysi bərpa olunmadı"

“Gəncə Beynəlxalq Hava Limanının potensialından maksimim istifadə olunmur”. Bunu Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən iclasında deyib. O, Gəncə-Naxçıvan reysinin bağlanmasına, o cümlədən hava limanlarında Gəncə adının hələ də “Kirovabad” kimi qeyd olunmasına narazılığını bildirilib. N.Həmzəyev qeyd edib ki, ötən il Bakı-Gəncə aviareysinin bağlanmasından sonra Azərbaycan Prezidentinin dəstəyi ilə bu reys yenidən bərpa olundu: “Amma təəssüf ki, Gəncə-Naxçıvan reysi bərpa olunmadı. Bu reysin bağlanması Gəncə və ətraf bölgədə turizmin inkişafında, o cümlədən burada təhsil alan tələbələrin gediş-gəlişində, hərbi xidmət çəkən əsgərlərin, onların valideyunlərinim uçuşlarında ciddi əngəllər yaradır”.

Deputat həmçinin beynəlxalq hava limanında Gəncə sözünün yerinə Kirovabad (KVD) yazılmasının bir çox sualların yaranmasına səbəb odluğunu bildirib, bunun aradan qaldırılmasını tələb edib. O Gəncədə son illər görülən işləri diqqətə çatdıraraq bildirib ki, turistlərin cəlb edilməsində avireyslərin bərpası vacib rol oynayır, buna diqqət yetirilməlidir. Deputat həmçinin Gəncədə fəaliyyət göstərən Aqrar Universitetə məxsus praktika üçün vaxtı ilə mövcud olan torpaq ərazilərinin qaytarılmasını da Baş nazirdən xahiş edib. 

Deputat son illər Gəncədə görülən işlərdən danışaraq qeyd edib ki, Gəncədə 300-dən çox beynəlxalq və yerli layihələr həyata keçirilib: “Cənab perzidentin diqqət və qayğısı nəticəsində bu layihələr uğurla başa vurulub. Gəncə şəhərində bu gün Heydər Əliyev parkı dünyada 5 parkdan ikincisidir. Bundan başqa, tələbə yataqxanalarının, məktəb komplekslərinin təmir tikintisi aparılıb ki, bu növbəti ildə də davam edəcək”.

Spiker Oqtay Əsədov deputatın Gəncə ilə bağlı çıxışının hesabat xarakter almasına reaksiya verib: ”Siz burada bütöv Gəncənin hesabatını verdiniz. Artur müəllim, yəqin siz də gördünüz”. 

Spikerin bu fikri deputatların alqışına və gülüşünə səbəb olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh