Bakının əsas küçələrindən birində hərəkət məhdudlaşdırılır – XƏRİTƏ

Gündəm 17 Mart 2017 17:00 Oxunub 1826
Bakının əsas küçələrindən birində hərəkət məhdudlaşdırılır – XƏRİTƏ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti istiqamətinə olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır. Məhdudlaşdırma mart ayının 18-dən 19-na keçən gecədən etibarən və bir-neçə günlük tətbiq edilməyə başlanılacaq. Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Alternativ olaraq sürücülər Nobel prospekti-Nəcəfqulu Rəfiyev küçəsi-Babək prospekti-Heydər Əliyev prospekti, həmçinin Xocalı prospekti-Fəzail Bayramov küçəsi-Babək prospekti-Heydər Əliyev prospekti istiqamətlərindən istifadə edə bilərlər. Yarana biləcək müvəqqəti narahatlığa görə, "Azəravtoyol" ASC vətəndaşlardan üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh