Gəmi atəşə tutuldu - 30-dan ölü

Gündəm 17 Mart 2017 17:31 Oxunub 1689
Gəmi atəşə tutuldu - 30-dan ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölənlər arasında qadınlar və uşaqlar da var

Yəmən sahillərində qaçqınların olduğu gəminin helikopterdən atəşə tutulması nəticəsində azı 31 nəfər ölüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə məlumatı BMT-dən də təsdiq ediblər. Məlumata görə, ölənlər arasında qadınlar və uşaqlar da var. Gəmi Bab-əl-Məndəb boğazında olarkən "AH-64 Apache" hərbi helikopterindəki naməlum şəxslər su nəqliyyat vasitəsinə havadan zərbə endiriblər. Beynəlxalq təşkilatdan bildiriblər ki, Yəməndən Sudana üzən gəminin sərnişinlərində BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığının verdiyi sənədlər olub. "Reuters"in ekipaj üzvlərindən birinə istinadən verdiyi məlumata görə, təxminən 80 miqrant xilas edilib. Gəmiyə hücum edənlərin kimliyi və hücumun motivləri barədə məlumat verilmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh