Quba-Şamaxı yolunun açılması hələ də ləng gedir - DEPUTAT

Gündəm 17 Mart 2017 17:40 Oxunub 1951
Quba-Şamaxı yolunun açılması hələ də ləng gedir - DEPUTAT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tahir Kərimli: "Bu, turist itkisidir"

Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2016-cı il fəaliyyətinə dair hesabatının müzakirələri davam edir. Deputat Tahir Kərimli deyib ki, Quba-Şamaxı yolunun açılması hələ də ləng gedir. “Bu, turist itkisidir. Təsəvür edin, kimsə Qubadan Şamaxıya, ya da Şamaxıdan Qubaya getmək üçün xeyli məsafə qət edir. Birbaşa yol isə hələ də açılmayıb”-deyə Tahir Kərimli bildirib. Deputatın sözlərinə görə, Ağsu dolaylarında olan restoranların, kafelərin fəaliyyətini davam etdirməsinə şərait yaradılmalıdır. “Hər dəfə deyirlər ki, Ağsu dolaylarında sürüşmə var. Buna görə də, nə qədər restoran işləmir. İnsanlar əvvəllər gedərdilər bu yerlərdə istirahət edərdilər, çay içərdilər”.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh