Bakıya 500 avtobus adam gəlir

Gündəm 17 Mart 2017 17:41 Oxunub 927
Bakıya 500 avtobus adam gəlir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Novruzda Bakıda adam əlindən tərpənmək mümkün olmayacaq

Minlərlə iranlı Novruz tətilini Bakıda keçməyi planlaşdırıb. "Qeyri-neft sektorunun inkişafı, orta və kiçik sahibkarlığa dövlət dəstəyi məqsədilə ötən il onlarla fərman, sərəncam və direktiv sənədlər imzalanıb. Çox təəssüf ki, bütün bunlara baxmayaraq icra strukturlarında bürokratik əngəllər, biganəlik, süründürməçilik halları hələ də davam edir". Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentin plenar iclasında deyib. Onun sözlərinə görə, belə olan halda da kiçik sahibkarlıq inkişaf etmir, bəzi hallarda elə qundaqda da boğulur, heç bir addım ata bilmir: “Düşünürəm ki, bu məsələyə çox ciddi yanaşılmalıdır. Xalqımız bu sahədə çox böyük dəyişiklik gözləyir”.

Novruzda Bakıda adam əlindən tərpənmək mümkün olmayacaq

Digər bir məsələdən danışan komitə sədri bildirib ki, Novruz bayramı günlərində təkcə İrandan Azərbaycana 500-ə yaxın turistlə dolu avtobus gələcək: “Nədənsə Azərbaycan gömrük orqanlarının istəyinə baxmayaraq, İran tərəfdə sərhəd-keçid məntəqələrində birnövbəli 8 saatlıq iş vaxtı müəyyənləşib. Azərbaycan tərəfi də məcburdur ki, bu iş vaxtına əməl etsin. Belə olan halda görün gömrük məntəqəsində necə vəziyyət yaranacaq. Gələn turistlər günlərlə orada çox pis vəziyyətdə qalacaqlar və beləliklə, ciddi gərginlik yaranacaq. Ölkəyə gələn turist ilk andan çox mənfi təəssüratla rastlaşacaq”. “Məsələnin həlli üçün Azərbaycan hökumətinin qonşu dövlətin müvafiq qurumları ilə operativ tədbirlər görməsi hər iki tərəf üçün çox faydalı olardı”-deyə millət vəkili qeyd edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh