Məşhur futbolçunun maşınından oğurluq edənlər saxlanılıb - VİDEO

Gündəm 17 Mart 2017 17:44 Oxunub 1862
Məşhur futbolçunun maşınından oğurluq edənlər saxlanılıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Əsasən gecələr girirdik və pul oğurlayırdıq"

Masazır qəsəbəsinin 8 sakini Abşeron Rayon Polis İdarəsinə müraciət edərək onlara məxsus avtomobillərin şüşələri sındırılaraq içərisindən oğurluq edildiyini bildirib. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində rayon sakini 22 yaşlı Cəlil Quliyev və onun həmyaşıdı olan xalası oğlu, Bakı sakini Vüsal Hüseynov saxlanılıb. Şəxslər istintaqa ifadələrində bildiriblər ki, əməllərini əsasən sutkanın qaranlıq vaxtlarında törədiblər. Cəlil Quliyev - Saxlanılan şəxs: "Bir yerdə zəngləşib görüşdük. 8 maşının şüşəsini qırdıq. Maşınlara əsasən gecə saatlarında yaxınlaşırdıq. Daşlar şüşəni qırıb, əşyaları götürürdük". Saxlanılan Vüsal Hüseynovun sözlərinə görə, əsas məqsədləri də avtomobillərdən pul oğurlamaq olub. Elə buna görə də, bahalı maşınları hədəf seçiblər. Vüsal Hüseynov - Saxlanılan şəxs: "Zəngləşib, "Qurtuluş"a düşdük. Maşınların şüşəsini daşla qırdıq. Pul ya əşya çıxdıqca götürdük. Baxırdıq maşınlara, bahalı maşınlara girirdik". Xala oğullarının əməlindən ziyan görənlər arasında futbol üzrə Azərbaycan milli komandası və “Neftçi” klubunun üzvü Rəhman Hacıyev də var. Faktlarla əlaqədar başlanan cinayət işlərinin istintaqı davam edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh