Bakı sərnişin stansiyasında Novruz şənliyi – FOTOLAR

Gündəm 17 Mart 2017 17:58 Oxunub 1084
Bakı sərnişin stansiyasında Novruz şənliyi – FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişinlərin bayram əhvali-ruhiyyəsini qaldırmaq üçün şənlik keçirilib

Bayram günlərində ölkə vətəndaşları dəmir yolunun xidmətlərindən daha çox istifadə edirlər. Ona görə də Novruz Bayramı günlərində - 20-27 mart 2017-ci il tarixlərində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təşkilatlarında fasiləsiz iş rejimi təşkil edilir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, martın 17-də sərnişinlərin bayram əhvali-ruhiyyəsini qaldırmaq üçün Bakı sərnişin stansiyasında Novruz şənliyi keçirilib. Qədimdən bu günəcən gəlib çıxan, yaddaşlarda özünə yuva quran Novruz bayramı yalnız adət-ənənələri ilə deyil, həmçinin milli-mənəvi xüsusiyyətləri ilə yaddaşlarda yaşayır. Şənliyin iştirakçıları sərnişinlərə maraqlı səhnəciklər, musiqilər təqdim etdilər. Novruz bayramının əzəli-əbədi personajları olan Kosa və Keçəlin iştirakı isə sərnişinlərdə əsil bayram əhvali-ruhiyyəsi yaşatdı.

Sonra bayram tədbiri Bakı sərnişin stansiyasının kassa və gözləmə zallarında davam etdirildi.

Qeyd edək ki, Azərbaycanının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gərgin əməyi nəticəsində xalqımızın bu əziz bayramı artıq UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyasında "Sülh mədəniyyəti" adlı 49-cu bəndə müvafiq olaraq "Beynəlxalq Novruz Günü" adlı qətnamə layihəsi yekdilliklə qəbul edilib, BMT martın 21-ni Beynəlxalq Novruz Günü elan edib. BMT-nin ardınca daha bir nüfuzlu beynəlxalq təşkilat - ATƏT Novruz bayramını öz təqviminə salıb.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh