Enməyə hazırlaşan iki təyyarəni ildırım vurdu

Qəzalar 18 Mart 2017 10:10 Oxunub 1026
Enməyə hazırlaşan iki təyyarəni ildırım vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki təyyarə uğurla eniş edə bilib

İstanbulda "Atatürk" adına hava limanına eniş etməyə hazırlaşan iki təyyarəni ildırım vurub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hazırda şəhərdə leysan yağışlar davam edir. İldırım birinci təyyarənin gövdəsini vurub və dispetçerlər bu barədə ikinci təyyarənin pilotlarına məlumat veriblər. Buna baxmayaraq, ikinci hava gəmisi də ildırım vurmasından yayına bilməyib. Sonda hər iki təyyarə uğurla eniş edə bilib. Zərərçəkənlər və ya təyyarələrə dəyən ziyan barədə məlumat yoxdur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh