Gəminin atəşə tutulması nəticəsində ölənlərin sayı 42 nəfərə çatdı

Gündəm 18 Mart 2017 10:12 Oxunub 1107
Gəminin atəşə tutulması nəticəsində ölənlərin sayı 42 nəfərə çatdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Somalidən olan miqrantların gəmisi vertolyotdan atəşə tutulub

Yəmən sahillərində Somali miqrantlarını daşıyan gəminin vertolyotdan atəşə tutulması nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Yəməndə Miqrasiya üzrə Beynəlxalq Təşkilatın nümayəndələrinə istinadən AFP məlumat yayıb. İnsident Bab-əl-Məndəb boğaazı yaxınlığında baş verib. Üzərində tanıdıcı nişanı olmayan "Apache" tipli vertolyot Yəməndən Sudana gedən Somali qaçqınlarını atəşə tutub. Hava hücumundan sonra qaçqınlar Yəmənin Hodeyda limanına geri qayıdıblar. İlkin olaraq gəminin göyərtəsində 33 cəsəd aşkar edilib, 29 miqrant yaralanıb. Gəmidə ümumilikdə təqribən 140 nəfər sərnişin olub. Bir çox sərnişinlər hələ də tapılmayıblar. BMT-nin məlumatına görə, Yəməndə 255 mindən çox Somali qaçqını var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh