İki təyyarə havada toqquşdu - Ölən və yaralananlar var

Qəzalar 18 Mart 2017 10:20 Oxunub 1092
İki təyyarə havada toqquşdu - Ölən və yaralananlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzanın səbəbləri müəyyənləşdirilir

Kanadanın Monreal şəhərində iki yüngülmotorlu “Cessna 152"  təyyarəsi havada toqquşub. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, pilotlardan biri ölüb, digəri ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Məlumata əsasən, təyyarələrdən biri ticarət mərkəzinin damına, digəri isə yaxınlıqdakı avtomobil dayanacağına düşüb. İnsanlar ticarət mərkəzindən dərhal təxliyə edilib, iki nəfərin xəsarət aldığı bildirilir. Qəzanın səbəbləri müəyyənləşdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh