İranda yol-nəqliyyat hadisələri nəticəsində 50 nəfər ölüb - Son iki gündə

Qəzalar 18 Mart 2017 10:22 Oxunub 1256
İranda yol-nəqliyyat hadisələri nəticəsində 50 nəfər ölüb - Son iki gündə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis yollarda müşahidə kameraları və nəzarət texnikasının sayını artırıb

Son iki gündə İranda yol-nəqliyyat hadisələri nəticəsində 50 nəfər ölüb, 400 nəfər yaralanıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, polis Novruz bayramı ilə əlaqədar istirahət günlərində qəzaların sayını azaltmaq üçün genişmiqyaslı əməliyyata başlayıb. İran Yol Polisinin rəhbəri Məhəmməd Hüseyn Həmidi bu gün Tehranın giriş və çıxışına vertolyotla baxış keçirib. Jurnalistlərə açıqlama verən M. Həmidi deyib ki, yol qəzalarına səbəb yorğunluq, yuxusuzluq, sürət həddini aşma və ötmə qaydalarının pozulmasıdır. “İstirahət günlərində səfərlər 20 faiz artacaq. Polis yol qəzalarının qarşısını almaq üçün genişmiqyaslı əməliyyata başlayıb və qanunu pozan sürücülər cəzalandırılacaqlar”. Polis yollarda müşahidə kameraları və nəzarət texnikasının sayını artırıb. Qeyd edək ki, İranda hər il yol-nəqliyyat hadisələri minlərlə insanın ölümünə və xəsarət almasına səbəb olur. Hər il Novruz bayramı günlərində qəzaların sayı artır. Ötən il Novruz bayramı günlərində İranda  ölümlə nəticələnən 403 yol-nəqliyyat hadisəsi baş verib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh