15 yaşlı oğlanı maşın vurdu - Şirvanda

Qəzalar 18 Mart 2017 10:23 Oxunub 959
15 yaşlı oğlanı maşın vurdu - Şirvanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Şirvan şəhərində 15 yaşlı oğlanı maşın vurub. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Şirvan şəhəri, Çılpaqlı qəsəbəsində qeydə alınıb. Şəhər sakini, 1983-cü il təvəllüdlü Ramin Ağakərim oğlu Rzayev idarə etdiyi “VAZ-2107” markalı, 54 BC 674 dövlət nömrə nişanlı avtomobillə yolu keçən, 2002-ci il təvəllüdlü Seymur Arif oğlu Məmmədovu vurub. Nəticədə piyada müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh