DİN bayram günlərində vətəndaş qəbulunu davam etdirəcək

Gündəm 18 Mart 2017 13:03 Oxunub 1025
DİN bayram günlərində vətəndaş qəbulunu davam etdirəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri işləyəcək

Daxili İşlər Nazirliyinin müvafiq qurumları qeyri-iş günlərində vətəndaş qəbulunu davam etdirəcək. Avtosfer.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən verilən məlumata görə, Novruz bayramı ilə əlaqədar martın 19-dan 27-dək olan müddətdə qeyri-iş günləri olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu həyata keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh