Şamaxıda sürücü görün NƏ OYUNDAN ÇIXDI - VİDEO

Avtosfer TV 18 Mart 2017 13:08 Oxunub 3938
Şamaxıda sürücü görün NƏ OYUNDAN ÇIXDI - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi tərəfindən  60 manat və 3 cərimə balı ilə cəzalandırıla bilər

"Niva" markalı avtomobilin içini yüklə doldurub, sərnişini də arxa buferində aparır. Təhlükə o qədər böyükdür ki, buferin üzərində dayanıb əli ilə avtomobildən yapışmış şəxs hər an yıxıla bilər. Sürücü isə, heç nə olmamış kimi yoluna davam edir. Görüntülər Şamaxı rayonundandır. Arxadan gələn başqa bir avtomobildən çəkilən kadrlarda 06 BD 731 nömrə nişanlı "Niva" sürücüsünün kobud qayda pozuntusu görünür.

Sərnişinin öz həyatını təhlükəyə atıb neçə kilometr bu şəkildə getdiyi məlum deyil. Məlum olan odur ki, sürücünün yüngül əyləci sıxması yaxud da başqa bir ani ehtiyatsızlığı onun yıxılması və arxadan gələn avtomobilin altına düşməsi ilə nəticələnə bilər.

 

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, bu vəziyyətdə həmin sürücü sərnişindaşıma qaydalarını pozub. Ona görə də yol polisi tərəfindən  60 manat və 3 cərimə balı ilə cəzalandırıla bilər. Bununla yanaşı, "Niva"nın sürücüsü yükü elə yığmalıdır ki, arxanı görə bilsin.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh