Avtomobillərdən akkumulyator oğurlayan şəxs tutuldu - Bakıda

Gündəm 18 Mart 2017 13:16 Oxunub 1068
Avtomobillərdən akkumulyator oğurlayan şəxs tutuldu - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində

Yasamal Rayon Polis İdarəsi 27-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 11-də Bakı şəhər sakini Ədalət Ələkbərovun “VAZ-2106” markalı avtomobilindən akkumulyator oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Rəcəbli tutulub. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, ətrafında aparılan tədbirlərlə onun yanvarın 13-dən martın 10-dək olan müddətdə daha 7 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh