Polis Paris aeroportunda hərbçiyə hücum edən şəxsin atasını və qardaşını saxlayıb

Gündəm 18 Mart 2017 17:46 Oxunub 976
Polis Paris aeroportunda hərbçiyə hücum edən şəxsin atasını və qardaşını saxlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hücumla bağlı istintaqı Fransa prokurorluğunun antiterror bölməsi aparır

Fransa polisi Parisin Orli aeroportunda hərbçi patrula hücum edən şəxsin atasını və qardaşını saxlayıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Reuters" öz mənbəyinə istinadən məlumat verib. Hücumla bağlı istintaqı Fransa prokurorluğunun antiterror bölməsi aparır. Xatırladaq ki, martın 18-i səhər saatlarında naməlum kişi Parisin Orli hava limanında hərbi patrula hücum edib. Daxili İşlər Nazirliyinin məlumatına görə, heç kim xəsarət almayıb. Aeroport evakuasiya edilib, reyslər başqa hava limanına köçürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh