Avtomobil idxalı artıb

Avtoxəbər 18 Mart 2017 17:47 Oxunub 1194
Avtomobil idxalı artıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 1 003 ədəd avtomobil idxal olunub. Avtosfer.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 182 ədəd yaxud 22,17% çoxdur. Hesabat dövründə ölkəyə gətirilmiş avtomobillərin 852-si və yaxud 85%-ni əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri təşkil edib. Son bir ildə bu növ avtomobillərin idxalı 115 ədəd yaxud 15,6% artıb. Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 4 ədəd və yaxud 44,4% azalaraq 5-ə düşüb, yük avtomobillərinin idxalı isə 72 ədəd və yaxud 2,1 dəfə artaraq 139-a çatıb. Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalında isə azalma olub və bu rəqəm ötən ilin yanvar-fevralı ilə müqayisədə 1 ədəd və yaxud 12,5% azalaraq 7 olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh