Türkiyənin güləş yığması İranda yol qəzasına düşdü - FOTO

Gündəm 19 Mart 2017 01:10 Oxunub 1563
Türkiyənin güləş yığması İranda yol qəzasına düşdü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Tehran şəhərində baş verib

Türkiyənin yunan-Roma güləşi üzrə milli komandası İranın Abadan şəhərində keçirilmiş Dünya Kubokundan Tehran hava limanına yollanarkən qəzaya düşüb. "Report"un məlumatına görə, yığmanın olduğu avtobus yük maşını ilə toqquşub. Hadisə nəticəsində komanda üzvlərindən zədələnən olmayıb. Əvəzində yük maşınında olanlar yaralanıb. Onlara ilkin yardımı millinin həkimi Ömər Kırmızı göstərib.

Qeyd edək ki, Türkiyə yığması Dünya Kubokunda 4-cü yeri tutub. Yarışda iştirak edən Azərbaycan millisi isə finalda Rusiyaya uduzaraq, 2-ci olub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh