Tovuzda baş vermiş yol qəzasında 6 nəfər xəsarət alıb

Qəzalar 19 Mart 2017 10:16 Oxunub 1113
Tovuzda baş vermiş yol qəzasında 6 nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralıların ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta-ağırdır

Səhər saatlarında Tovuz rayonunda yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində, Tovuzçay üzərindəki körpüdə qeydə alınıb. Belə ki, yüksək sürətlə hərəkət edən "VAZ-21011" markalı avtomobil "VAZ-21011" markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və 4 sərnişin müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Tovuz rayon Mərkəzi Xəstəxanasında "Report"un Qərb bürosuna verilən məlumata görə, yaralıların ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta-ağırdır. Onlardan biri qadındır. Hazırda Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır, yaralıların kimliyi və qəzanın dəqiq səbəbləri araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh