Avtomobildəki bombanı partlatmaqla hədələyən şəxs tutuldu

Gündəm 19 Mart 2017 10:17 Oxunub 1075
Avtomobildəki bombanı partlatmaqla hədələyən şəxs tutuldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ağ Evin mühafizəsi, habelə yaxınlıqdakı bir neçə küçədə təhükəsizlik tədbirləri gücləndirilib

Vaşinqtonda sürücülərdən biri Ağ Evin qarşısına gələrək avtomobildə partlayıcı maddənin olduğunu bildiribAvtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. Məlumata görə, hadisə ABŞ prezidenti iqamətgahının nəzarət-buraxılış məntəqəsi yaxınlığında baş verib. Agentliyi bilgiləndirən mənbənin sözlərinə görə, həmin şəxs saxlanılıb. Onun avtomobiil isə hazırda yoxlanılır. Xəbəri Ağ Evin nümayəndələri dəqiqləşdirmək mümkün olmayıb. Lakin binanın mühafizəsi, habelə Ağ Ev yaxınlığındakı bir neçə küçədə təhükəsizlik tədbirləri gücləndirilib və yollar vəziyyətə aydınlıq gətirilənə kimi bağlanılıb. Avtomobildə hər hansı partlayıcı qurğunun olması xəbəri təsdiq olunmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh