Nəqliyyatın Ermənistan istiqamətində hərəkətinə qadağa qoyuldu

Gündəm 19 Mart 2017 10:21 Oxunub 1055
Nəqliyyatın Ermənistan istiqamətində hərəkətinə qadağa qoyuldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qarın intensiv yağması səbəbindən

Gürcüstanda meteoroloji şəraitin pisləşməsi səbəbindən nəqliyyat vasitələrinin Ermənistan istiqamətində hərəkətinə qadağa qoyulub. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl analoji səbəbdən Rusiya istiqamətində Hərbi Gürcüstan yolu ilə nəqliyyatın hərəkətinə qadağa qoyulmuşdu. Qarın intensiv yağması səbəbindən  nəqliyyat vasitələrinin Nardevani – Paravani yolunun 94-110 km hissəsində bütün növ nəqliyyat vasitələrinin, Rodionovka-Ninotsminda yolunun 110-146 km hissəsində isə iritonnajlı yük maşınlarının və oturacaqların sayının 30-dan çox olan avtobusların hərəkətinə qadağa qoyulub.     

ŞƏRH YAZ
Ad

E-mail

Şərh