"KaMAZ" dayanacağa çırpıldı - FOTO

Qəzalar 19 Mart 2017 12:20 Oxunub 2031
"KaMAZ" dayanacağa çırpıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib

Bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-cü km-də, Müşfiq qəsəbəsi ərazisindən keçən hissəsində yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə istinadən xəbər verir ki, Lerik rayon sakini, 1983-cü il təvəllüdlü Zahid Dövlətov "KaMAZ" markalı yük maşınına idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yol kənarında inşa edilmiş avtobus dayanacağına çırpılıb. Nəticədə dayanacağın bir hissəsi dağılaraq istifadəyə yararsız hala düşüb. Qəza baş verən vaxtı dayanacaqda heç kim olmayıb. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh