Bakıda DYP avtomobili ağır qəza törətdi: Yaralılar var

Qəzalar 19 Mart 2017 12:25 Oxunub 12303
Bakıda DYP avtomobili ağır qəza törətdi: Yaralılar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu ərazisində, Ramana-Maştağa yolunda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus 99 YP 504 nömrə nişanlı “BMW” ilə “QazEl” markalı, 99 KN 280 qeydiyyat nişanlı yük maşını toqquşub. Qəza nəticəsində yol polisi avtomobilini idarə edən 31 yaşlı inspektor və yük maşınını sürən 51 yaşlı kişi müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh