Balıqçı gəmisi batdı - İtkin düşənlər var

Qəzalar 19 Mart 2017 17:54 Oxunub 1174
Balıqçı gəmisi batdı - İtkin düşənlər var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda axtarış-xilasetmə işləri davam edir

Çinin şərqində balıqçı gəmisi batıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Məlumata görə, hadisə Çjeçyan vilayətinin Çjouşan şəhəri sahillərində baş verib. Belə ki, içərisində 11 nəfərin olduğu gəmi balıq ovu zamanı batıb.  Bildirilir ki, indiyədək 5 nəfəri xilas etmək mümkün olub. İtkin düşmüş digər 6 nəfərin aqibəti ilə bağlı məlumat verilmir. Hazırda axtarış-xilasetmə işləri davam edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh