"Toyota" yoldan çıxaraq dərəyə aşdı: 2 ölü, 3 ağır yaralı

Qəzalar 19 Mart 2017 18:34 Oxunub 4434
"Toyota" yoldan çıxaraq dərəyə aşdı: 2 ölü, 3 ağır yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü və maşındakı sərnişinlər bir ailənin üzvləri imiş

Ermənistanda ağır yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, hadisə Sünik vilayətində baş verib. Martın 19-u səhər saatlarında İrəvan-Mehri magistralının 197-ci km-liyində baş verən hadisə nəticəsində ölənlər və yaralananlar var. Belə ki, Toyota Kamri markalı avtomobil yoldan çıxaraq aşıb və dərəyə yuvarlanıb. Məlumatda deyilir ki, hadisə yerində iki nəfər ölüb, ağır yaralanan sərnişinlər isə Sisiandakı tibb mərkəzinə çatdırılıb. Sürücü və maşındakı sərnişinlər bir ailənin üzvləri imiş. Ölənlər ana və onun nəvəsidir, ata və oğul isə ağır xəsarətlər alıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh