Sel nəticəsində 117 körpü uçdu

Gündəm 19 Mart 2017 18:38 Oxunub 1636
Sel nəticəsində 117 körpü uçdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölkədə şiddətli yağışlar daha iki həftə davam edəcək

Peruda güclü sel 67 nəfərin həyatına son qoyub. 70 mindən çox adam evsiz-eşiksiz qalıb. Güclü yağış səbəbindən baş verən torpaq sürüşmələri yüz mindən artıq evə ziyan vurub, 117 körpü uçub. Perunun şimal sahillərində yerləşən bəzi kəndlər tamamilə boşaldılıb. Peru prezidenti Pedro Pablo Kuczynski ölkənin çox ciddi iqlim problemi ilə üz-üzə qaldığını deyib. 1998-ci ildən Peru sahillərində belə dağıdıcı təbiət hadisəsi olmayıb.

Paytaxt Limada selin gətirdiyi palçıq şəhərin küçələrinə, hətta bəzi evlərə dolub. Minlərlə adam evlərini tərk eləmək məcburiyyətində qalıb. Ölkədə şiddətli yağışlar daha iki həftə davam edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh