Biləsuvarda zəncirvari qəza baş verib, yaralananlar var

Qəzalar 20 Mart 2017 01:55 Oxunub 1222
Biləsuvarda zəncirvari qəza baş verib, yaralananlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Hyundai" və "Mercedes" markalı avtomobil toqquşub

Biləsuvar rayonunda zəncirvari yol qəzası baş verib. Hadisə Ələt-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsindəki döngədə qeydə alınıb. Astara istiqamətində hərəkətdə olan iki "Hyundai" və "Mercedes" markalı avtomobil toqquşub. Qəzanın təsirindən avtomobillər yol kənarındakı beton dirəyə çırpılaraq yoldan çıxıblar. Hadisə zamanı avtomobillərə ciddi ziyan dəyib, sürücülərin xəsarət aldığı deyilir.

Faktla bağlı araşdırma aparılır.

 

"Report"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh