Təyyarə quş dəstəsi ilə toqquşaraq geri qayıdıb

Gündəm 20 Mart 2017 02:02 Oxunub 1440
Təyyarə quş dəstəsi ilə toqquşaraq geri qayıdıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza 150 metr yüksəklikdə baş verib

Belarusun "Belavia" şirkətinə məxsus sərnişin təyyarəsi Minskdən Sankt-Peterburqa (Rusiya) uçarkən quş dəstəsi ilə toqquşub və dərhal geri qayıtmaq məcburiyyətində qalıb. Bu barədə aviadaşıyıcının mətbuat xidmətinə istinadən TASS məlumat yayıb. "Boeing-737-500" quş dəstəsi ilə təqribən 150 metr yüksəklikdə toqquşub. Hadisədən sonra heyət komandiri hava limanına geri qayıtmaq barədə qərar qəbul edib.

Şirkətin məlumatına görə, təyyarə uğurla eniş edib. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

 

"Report"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh