Sərxoş piyadanı naməlum avtomobil vurdu - Bakıda

Qəzalar 20 Mart 2017 10:03 Oxunub 1249
Sərxoş piyadanı naməlum avtomobil vurdu - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb

Bakıda kafedən sərxoş vəziyyətdə çıxan 35 yaşlı kişini avtomobil vurub. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Sabunçu qəsəbəsində yerləşən "Emin" kafesindən çıxan 1982-ci il təvəllüdlü Ramin Murxuda oğlu Tosovu naməlum avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb. R.Tosov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin dediyinə görə, R.Tosovun sağ ayağı sınıb və o, əməliyyat olunub. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh