Dubaydakı lüks avtomobilləri niyə toz basır? – FOTO  

Avtoxəbər 21 Mart 2017 21:00 Oxunub 15386
Dubaydakı lüks avtomobilləri niyə toz basır? – FOTO   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzən dəyəri 1 milyon dollardan çox olan lüks avtomobilləri görmək adi hal alıb

Dubay lüks avtomobillərin ən çox olduğu şəhərlərdən biridir. Buna baxmayaraq, şəhərdə tozla örtülmüş, aylarla istifadə edilməyən, bəzən dəyəri 1 milyon dollardan çox olan lüks avtomobilləri görmək adi hal alıb. Avtosfer.az xəbər verir ki, parklarda, yolların kənarlarında, dayanacaqlarda hər cür modeli olan Mercedes, Audi ve BMW, Ferrari, Porsche markalı avtomobillərin tərk edilmə səbəbi borclarının ödənilməməsidir. Birləşmiş Ərəb Əmirliklərində kredit kartıyla kreditini ödəyə və ya maşının borcunu qaytara bilməyəni qoruyan qanun  yoxdur. “İflası elan etmək” adlı da bir qanun yoxdur, borcunu ödəməyən birbaşa həbs cəzası ilə üzləşir. Ona görə həbsxanaya getmək istəməyən insanlar maşınlarını ölkədə qoyaraq xaricə qaçırlar. Dubayın qanunlarına görə, avtomobillərin bəlli zaman ərzində sahibləri məlum olmadıqda, satılır. 

//a24.az//

ŞƏRH YAZ
Ad

E-mail

Şərh